Ağdamın işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Ağdamın işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Ağdamda rayonun işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

REAL APA-ya istinadla xəbər verir ki,  tədbir iştirakçıları rayonun İmamqulubəyli kəndində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksini ziyarət ediblər. Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, ön xətdə xidmət aparan əsgər və zabit heyəti, rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də ermənilər tərəfindən işğal olunub. İşğal zamanı rayonda gedən döyüşlərdə 6000 nəfərədək insan şəhid olub. Beləliklə də Ağdam rayonunun 1 şəhər 124 kəndindən 1 şəhər 80 kəndi, 38 kolxoz-sovxozundan 26-ı, 129 səhiyyə obyektindən 105-i ,108 məktəb binasından 74-ü, 271 mədəniyyət evi klubdan 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 16 sənaye müəssisəsi, 17 məsciddən 14-ü ermənilər tərəfindən işğal edildikdən sonra talan olunub. Nəticədə Ağdam rayonuna 17 milyard manata yaxın maddi ziyan dəyib.

Hazırda rayonun 140 min nəfərdən çox əhalisi respublikanın 60-dan çox şəhər və rayonunda məcburi köçkün həyatı yaşayır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə