Şəki Xan Sarayı qapısını açmağa hazırdır - VİDEO

Şəki Xan Sarayı qapısını açmağa hazırdır - VİDEO
Sarayda aparılan araşdırma və bərpa işləri yekunlaşdırılıb

İyulun 14-dən qədim çinar ağacının budağının qırılması nəticəsində baş verən bədbəxt hadisədən sonra fəaliyyətini dayandıran Şəki Xan Sarayı artıq ziyarətçiləri qəbul etməyə hazırdır.

Bu barədə REAL TV-yə açıqlamasında Dövlət Turizm Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kənan Quluzadə məlumat verdi.

Onun sözlərinə görə, Xan sarayında həyata keçirilən müvafiq araşdırma və bərpa işləri artıq başa çatdırılıb.

Aparılan təmizlik və barpa işləri çərçivəsində Şəki Xan Sarayının həyətindəki budağı qırılan ağacla yanaşı digər tarixi çinar da budanıb. 

Xatırladaq ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid çinar ağacının təxminən 50 santimetr diametrində olan budağının qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşməsi nəticəsində 19 nəfər xəsarət almışdı. Onlardan 2-si Azərbaycan əsilli Rusiya vətəndaşı, 5-i Suriya vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşları idi. Hadisə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarından biri isə həyatını itirmişdi.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə