Türkiyədən Gürcüstana BTQ vasitəsilə yük daşımalarına başlanılıb

Türkiyədən Gürcüstana BTQ vasitəsilə yük daşımalarına başlanılıb

Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyədən Gürcüstana yük daşımalarına başlanılıb.

REAL “Report”a istinadən xəbər verir ki, Türkiyənin Ərzurum yaxınlığındakı loqistika mərkəzindən beş vaqondan ibarət ilk ixrac yük qatarı Gürcüstana yola salınıb.

Mərasimdə “Türkiyə Dövlət Dəmiryolları” şirkətinin baş direktoru Əli İhsan Uyğun və “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Davit Peradze iştirak ediblər.

D.Peradze Türkiyədən Gürcüstana BTQ ilə ilk yük daşınmasını tarixi hadisə adlandırıb: “Gürcüstan və Türkiyənin dəmir yolları tarixində bu gün vacib gündür. İlk dəfə olaraq Türkiyədən Gürcüstana yüklər dəmir yolu vasitəsilə idxal olunur. Gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yük daşımalarının həcminin artacağına ümid edirik”.

Baş direktor Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava və Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahitə layihəyə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə