Millimiz ikinci oyununu keçirib - VİDEO

Millimiz ikinci oyununu keçirib - VİDEO
Komandamız Belarus seçməsi ilə qarşılaşıb

Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında voleybol yarışlarının ikinci turunun oyunları keçirilir.

REAL-ın məlumatına görə, oğlanlardan ibarət Azərbaycan yığması mübarizə apardığı A qrupunda növbəti matçına çıxıb.

Komandamız bu gün Belarusla görüşüb. Eldar Əliyevin baş məşqçisi olduğu yığma 63 dəqiqə davam edən qarşılaşmada 0:3 (9:25, 19:25, 16:25) hesabı ilə uduzub.

Qrupun digər oyununda Rusiya Almaniya ilə üz-üzə gəlib. Şimal qonşularımız 3:0 (25:13, 25:20, 25:15) hesablı qələbə qazanıblar.

Qeyd edək ki, yığmamız ilk turda Almaniyaya 0:3 hesabı ilə uduzmuşdu.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə