Sosial şəbəkələrdə din - VİDEO

 Sosial şəbəkələrdə din - VİDEO
M.Qurbanlı: “Azərbaycanda din üzərindən yanlış məlumatlar yayılır“

Azərbaycan dini tolerantlıq, multikultural dəyərlərin qorunması baxımından nümunəvi bir ölkədir. Amma bəzi qrup və dairələr xaricdə sosial şəbəkələr üzərindən yalnış məlumatlar yaymağa cəhd edirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Sosial mediada dinlə bağlı gedən yazılar bəzi hallarda bizi qane etmir.

"Xüsusilə xaricdə olan şəxslər tərəfindən sosial media üzərindən Azərbaycandakı dini durumla bağlı yazılarda qərəz, ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq cəhdləri özünü göstərir. Bunun qarşısını almaq üçün bizim qrupumız fəaliyyət göstərir və bu cür məlumatlar olduqda bu məlumatların yanlış olması barədə ictimaiyyəti məlumatlandırırıq".

Mübariz Qurbanlı ötən həftə baş tutan Vaşinqton səfəri barədə də məlumat verib.

"Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, milli, mədəni və dini abidələrimizə vurduğu ziyan, vandalizm əməlləri ilə bağlı fikirlərimizi çatdırdıq. Xeyli görüşlərimiz oldu. ABŞ Dövlət Departamentində dünya ölkələrində dini hesabatların hazırlanmasında iştirak edən mütəxəssislərlə görüşdük. Hansı ki, bəzən bu hesabatlarda Azərbaycanla bağlı düzgün olmayan fikirlər gedir. Biz həmin məqamları komissiyanın diqqətinə çatdırdıq. Təəssüf ki, bəzən bu hesabatlar hazırlanan da sosial şəbəkələrdə qeyri-obyektiv qurumların yaydığı məlumatlara istinad edilir. Ona görə biz yalnız Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin rəsmi məlumatlarına istinad edilməsini tövsiyə etdik və onlar bizimlə razılaşdı".

Bu gün Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il ötdüyünü xatırladan Mübariz Qurbanlı düşmənin Ağdamda bütün abidə və məscidləri dağıtdığını diqqətə çatdırıb. Ağdamda 17 məscidin dağıdığını vurğulayıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə