Tacikistan-Qırğızıstan gərginliyi - VİDEO

Tacikistan-Qırğızıstan gərginliyi - VİDEO
Sərhəddə baş verən münaqişədə 1 nəfər ölüb, 15 nəfər yaralanıb

Tacikistan-Qırğızıstan sərhədində silahlı münaqişə baş verib. iyulun 22-si , gecə saatlarında baş verən münaqişəyə səbəb Tacikistanın Vorux kənd sakinlərinin kəndin çıxışına bayraq dirəyi asması olub. Ak-Say kənd sakinləri buna kəskin şəkildə eitraz eidblər.

Qonşu yaşayış məntəqələrinin nümayəndələri arasında söz atışması həqiqi atışmaya çevrilib və tərəflərdən biri silah işlədib.

Hər iki kəndin əhalisi tüfənglərlə bir-birlərinə atəş açıblar. Hadisə nəticəsində Aksay kəndindən Vorux kəndinə gedən yol bağlanıb.

Eyni zamanda, tacik tərəfi də Caka Oruk – İsfana aulundan İsfarinka çayı üzərindən keçən yolu bağlayıb.

Tacikistan tərəfindən açılan atəş nəticəsində bir qırğız sərhədçisi yaralanıb. Tacikistan və Qırğızıstan arasında situasiya daha da gərginləşib və proses açıq hərbi qarşıdurma mərhələsinə keçib. Qırğız tərəfdən 15 yaralının olduğu bildirilir. Tacikistan isə öz növbəsidə bir vətəndaşının həlak olduğunu bəyan edib. Eyni zamanda rəsmi Düşənbə Qırğızıstanın Batken vilayətinin Leylək rayonuna gedən İsfana-Batken yolunu bağlayıb. Hazırda buradan əhali evakuasiya olunur.

Batkent rayonunun Ak-Say sərhəd kəndnindən 315 nəfər təhlükəsiz əraziyə köçürülüb. 

Yaralananlar arasında polis və sərhəd xidmətinin əməkdaşları da var.

Artıq məsələyə hər iki ölkənin rəhbərliyi qarışıb. İki ölkə arasında insidenti şərh edən politoloq Tofiq Abbasov bildirib ki, sərhəddə gərginliyin yaranmasında xarici qüvvələrin rolu az deyil.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə