Bakıda mikroavtobus yük avtomobili ilə toqquşub, 6 yaralı var - YENİLƏNİB

Bakıda mikroavtobus yük avtomobili ilə toqquşub, 6 yaralı var - YENİLƏNİB

Qaradağ rayonu ərazisində (Sahil qəsəbəsinə çatmamış "NUR" marketin yanında) ağır yol nəqliyyat hadisəsi baş verib. Mikroavtobus yük avtomobili ilə toqquşub. Təcili yardıma çağırış saat 07.42-də daxil olub.

REAL Azərtac-a istinadla xəbər verir ki,  hadisə yerinə 6 təcili tibbi yardım briqadası yollanıb. Qəza nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlərin bildirdiyinə görə yaralılardan ikisinin vəziyyəti ağır, dördünün vəziyyəti orta ağırdır.

****

09:00

Bakının Qaradağ rayonu ərazisində (Sahil qəsəbəsinə çatmamış, "NUR" marketin yanında) ağır yol qəzası baş verib.

REAL Report-a istinadla xəbər verir ki, qəza zamanı mikroavtobus yük avtomobili ilə toqquşub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun "Report"a verdiyi məlumata görə, "təcili yardım"a çağırış saat 7.42 də daxil olub.

"Hadisə yerinə altı təcili tibbi yardım briqadası yollanıb. Qəza nəticəsində xəsarət alan 6 nəfər KTM-ə çatdırılıb. Həkimlərin bildirdiyinə görə, yaralılardan 2-nin vəziyyəti ağırdır, 4-nün vəziyyəti orta ağır", - deyə o bildirib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə