Mingəçevir və Lənkəranda qaz xətləri zədələnib

Mingəçevir və Lənkəranda qaz xətləri zədələnib

İyulun 28-də qazıntı işləri aparan şirkətlərin səhlənkarlığı nəticəsində Azərbaycanın 2 bölgəsinin təbii qazla təchizatında məhdudiyyət yaranıb. 

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin SOCAR" “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. 

Məlumata görə, Mingəçevir şəhərinin “Günəşli Bağ” yaşayış massivinin qaz təchizatı üçün nəzərdə tutulan diametri 160 mm olan polietilen xətti ərazidə işləyən şirkət işçiləri qırıblar. 

Buna görə də 1300 abunəçinin qaz təminatı dayandırılıb.

Lənkəran rayonunda isə yol tikinti şirkəti təmir zamanı diametri 110 mm olan qaz xəttini zədələyib. Nəticədə Parakənd kəndində ümumilikdə 470 abunəçi qazsız qalıb. 

“Azəriqaz” hər iki halda operativ fəaliyyətə başlayaraq qaz təchizatını bərpa etməyə nail olub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə