Şirməmməd Hüseynovsuz 40 gün - VİDEO

Şirməmməd Hüseynovsuz 40 gün - VİDEO
Professor Ş.Hüseynovun ölümündən 40 gün keçdi

Şirməmməd Hüseynovsuz 40 gün də belə keçdi. 40 gün bir Cümhuriyyət kəlməsi azaldı. Efirimizin bir küncü boş qaldı, qəzetimizn bir səhifəsinə Şirməmməd Hüseynov ziyası az düşdü.

Sentyabrda 100 illiyini qeyd edəcək Bakı Dövlət Universiteti də Şirməmməd müəllimsiz yetim göründü. Bir işıq, bir nur bizi tərk edəli 40 gün oldu.

Halbuki 94 yaşına rəğmən yaşamaq eşqi, işləmək həvəsi onu bir gün də tərk etmədi. Hər şənbə 525-ci qəzet üçün iki səhifəlik Cümhuriyyət araşdırmaları təqdim edirdi. Yeni kitab üzərində işləyirdi.

Bu mənada Şirməmməd Hüseynov həm də beşikdən ta qəbrə qədər öyrənməyi tövsiyyə edən peyğəmbərimizin sevdiyi bəndələrdən olmalıydı. 

40 gün keçdi. Şirməmməd Hüseynov haqqın dərgahındadır. Ondan qalan yarımçıq işləri isə sevimli tələbəsi və həyat yoldaşı davam etdirəcək. Uğurlar. Qoy Şirməmməd Hüseynovun ruhu həmişə yol göstəriniz olsun!

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə