Ermənistanda nazir istefa verdi: Küçəyə çıxıram

Ermənistanda nazir istefa verdi: Küçəyə çıxıram

Ermənistanın idman və gənclərlə iş üzrə naziri vəzifəsini icra edən Qraç Rostomyan istefa verib.

Bu barədə Ermənistan mətbuatında məıumat yayılıb.

O, bəyanatında qeyd edib: "Ermənistan dövlətçiliyi uğrunda mühüm məqamı və hər bir vətəndaşın məsuliyyətini dərk edərək, idman və gənclərlə iş üzrə nazir vəzifəsindən istefa verirəm. "Çiçəklənən Ermənistan" partiyasının tərəfdarı kimi, mən partiyanın lideri Qaqik Tsarukyanın çağırışını dəstəkləyir və şəxsən küçəyə çıxıram".

Qeyd edək ki, aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

Trend

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə