“Qarabağ” APOEL-ə qalib gəldi - Yenilənib, 3

“Qarabağ” APOEL-ə qalib gəldi - Yenilənib, 3

GSP stadionunda keçirilən matçın ilk hissəsində hesab açılmayıb.

İkinci hissəyə daha istəkli başlayan Ağdam təmsilçisi bunun bəhrəsini 54-cü dəqiqədə görüb. Mahir Emreli qapıçı ilə təkbətəkdən qalib ayrılıb. Qurban Qurbanovun komandası növbəti dəfə qarşılaşmanın 70-ci dəqiqəsində fərqlənib. Bu dəfə Mahir Emrelinin yerinə meydana daxil olmuş “Qarabağ”ın yeni transferi Maqaye Qeye topu APOEL-in qapısından keçirib – 0:2.

Oyunda sonuncu qol matça əlavə olunmuş dəqiqələrdə vurulub. 90+5-ci dəqiqədə APOEL-in müdafiəçisi Merkis hesab arasındakı fərqi azaldıb – 1:2.

Beləliklə, “Qarabağ” Kipr səfərindən üstün nəticə ilə qayıdır.

Qeyd edək ki, komandaların cavab görüşü avqustun 13-də Bakıda keçiriləcək.

 

*****

22:30

 

Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) oyununda hesab dəyişib.

Nikosiyada keçirilən matçın 70-ci dəqiqəsində Ağdam klubu hesabı artırıb. Meydana yeni çıxan Queye Maqaye topa ilk toxunuşu qolla nəticələnib - 2:0. 

 

****

22:13

Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) oyununda hesab açılıb.

Nikosiyada keçirilən matçın 54-cü dəqiqəsində Ağdam klubu hesabı açıb. Mahir Emrelinin zərbəsi dəqiq alınıb - 1:0. 

 

*****

21:27

 

Ağdamın “Qarabağ” klubu avrokuboklarda növbəti matçını keçirir.

Çempionlar Liqasında mübarizə aparan təmsilçimiz III təsnifat mərhələsində ilk oyununa çıxıb.

Azərbaycan çempionu Kiprin APOEL komandası ilə üz-üzə gəlir. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ilk matçı səfərdə keçirir.

I təsnifat mərhələsində Albaniya “Partizani”si (0:0, 2:0), ardınca İrlandiya “Dandolk”unu (1:1, 3:0) Avropa Liqasına göndərən “Qarabağ” əvvəlki iki görüşdə olduğu kimi yenə səfərdən qənaətbəxş nəticə ilə dönməyə çalışır. Cari mövsüm uduzmayan ağdamlılar səfərdən istədiyi nəticə ilə dönsə, bir həftə sonrakı cavab matçında pley-offa vəsiqənin taleyini evdə həll edə bilər.

Qeyd edək ki, cavab oyunu avqustun 13-də keçiriləcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə