“Neftçi“ - “Bney Yahuda“ oyunu üçün biletlərin yarısı satılıb

“Neftçi“ - “Bney Yahuda“ oyunu üçün biletlərin yarısı satılıb

“Neftçi"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsində İsrail “Bney Yahuda"sı ilə Bakıda keçirəcəyi ilk oyunu üçün satılan biletlərin sayı bəlli olub.

REAL Report-a istinadla xəbər verir ki, Paytaxt təmsilçisinin media, Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin verdiyi məlumata görə, 2 gün ərzində qarşılaşma üçün 6 mindən çox bilet satılıb. Klub rəsmisi bu gün qalan digər biletlərin satışda olacağı və böyük ehtimalla sabaha kimi tükənəcəyini diqqətə çatdırıb.

Azarkeşlər qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) manat təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə edə bilərlər. Biletlər həmçinin “Rahat market”in “Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), “Mega City” ticarət mərkəzi (Xırdalan şəhəri), “Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi (“Azadlıq” metrostansiyasının yanı), “Metropark” mağazalarında və “Mega Store”da (Bakıxanov qəsəbəsi) satışdadır.

Kasslar saat 10:00-dan 21:00-dək işləyəcək. Oyun günü biletləri yalnız “Bakcell Arena”nın kassalarından əldə etmək mümkün olacaq. Stadion 11 min azarkeş qəbul edə bilir. 

Qeyd edək ki, avqustun 8-i “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Bney Yehuda” oyunu saat 21:00-da başlayacaq. Cavab matçı bir həftə sonra İsraildə olacaq. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə