İran ABŞ-ın təklifini rədd etdi

İran ABŞ-ın təklifini rədd etdi
Həsən Ruhani: Qərbin nüvə razılaşmasını dəyişmək hüququ yoxdur

İran prezidenti Həsən Ruhani amerikalı həmkarı Donald Tramp və Fransa prezidenti Emmanuel Makronun nüvə razlaşması ilə bağlı yeni təklifini rədd edib.

Qeyd edək ki, Donald Tramp və Emmanuel Makron bu gün Vaşinqtonda 2015-ci ildə İranla əldə olunan nüvə razılaşmasına dəyişikliklə bağlı təklif üzərində fikir mübadiləsi aparıblar.

Donald Tramp Konqres və Avropa ölkələri İranla əldə olunan razılaşma zamanı yol verdikləri dəhşətli səhvi düzəltməyəcəkləri təqdirdə İrana qarşı yeni sanksiyalar tədbiq edəcəyini bildirib. Həsən Ruhani bildirib ki, 7 ölkə arasında əldə olunan razılaşmaya heç kimin dəyişiklik etmək hüququ yoxdur.

Ruhaninin sözlərinə görə, Tramp qlobal razılaşmaları şərh edə biləcək qabiliyyətə malik deyil.

“Sizin siyasi, qanunvericilik, beynəlxalq razılaşmalar sahəsində heç bir təcrübəniz yoxdur”, - deyə Ruhani vurğulayıb.

İran hökuməti Ağ Ev belə bir addım atarsa, bunun pis nəticə doğuracağına dair xəbərdarlıq edib. Rəsmi Tehran razılaşma pozulacağı təqdirdə uranı yenidən zənginləşdirməyə başlayacaqlarını bəyan edib.

Bəxtiyar Abbasov
Real TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə