Bakının ağac aşıran küləkləri - VİDEO

Bakının ağac aşıran küləkləri - VİDEO
Bakının ağac aşıran küləkləri

BŞİH yanında Yaşıllaşdırma Təsərrüfatı Birliyinin şöbə müdiri Orxan Məmmədov və ETSN-in sektor müdiri Sadiq Dərafərin Real İntervyu-nun qonağıdır.

Ağac aşan zaman nə edilməlidir?

"Aşan ağacın götürülməsi Yaşıllaşdırma Təsərrüfatı Birliyinin səlahiyyətinə aiddir. Bu bizim birbaşa vəzifə səlahiyyətimizdir. Vətədaşlar bizim qaynar xətt nömrələrimizə müraciət edə bilərlər. Bu nömrələr hən ETSN-nin qaynar xəttinin daxilindədir, həm də birliyin qaynar xəttidir. 570 73 30 və 440 15 34 şəhər nömrəsinə zəng etməklə qəza aradan qaldırılır. Hadisə gecə vaxtı, qaynar xəttin qeyri iş saatında baş verərsə bizim qəza qruplarının telefonu FHN-ə, 112 xidmətinə və ETSN-nin  qaynar xəttinə verilib.", deyə Yaşıllaşdırma Təsərrüfatı Birliyinin şöbə müdiri Orxan Məmmədov bildirib.

"168 qaynat xətt xidmətinə zəng etməklə 30 -40 müraciət daxil olurdusa küləkli havada bu müraciətlərin sayı 240-a çatıb. Vətandaşların müraciətini nəzər alaraq  Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə birgə işləyirik. Əhali Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət etməlidir ki, ağacların aşması zamanı operativ aradan qaldırılır", deyə Sadiq Dərafərin bildirib .

"Aşma təhlükəsi olan ağaclar olarsa vətəndaşlar yerli icra hakimiyyətlərinə, bələdiyyələrə müraciət etsinlər. Həmin qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edir. Nəzarətdən sonra rəy bildirilir. Əhalinin sıxlığı nəzərə alınaraq yeni ağacların əkilməsi şərti ilə rəylər verilir və həmin rəylər  Yaşıllaşdırma Təsərrüfatı Birliyinə göndərilir. Vətəndaşlara tövsiyəmiz odur ki, onlar diqqətli olsun, hündür gövdəli ağacların altında ağacları park etməsinlər, özləri də ehtiyatlı olsunlar. Bizə dərhal müraciət etsinlər. Bizə məlumatı 90 faiz vətəndaşlar verir. Ağacların budağları sınan zaman həmin ağaclar Ramanada ərazi var oraya yığılır. Sonradan onu istifadə etmək olmur. Ehtiyacı olan insanlar müraciət edib götürə bilirlər. Payıza hazırlıqla bağlı tədbirlər planı hazlırlanıb. Havanın sərt olması ilə bağlı  hazırlıq görmüşük, briqadaların sayını artımışıq. Payız aylarına qədər aşma ehtimalı olan ağacların götülürülməsi ilə bağlı bu işlərin qarşısını alınması üçün tapşırıqlar verilib. Ağacların yaşı ötdükcə çürümə prosesi gedir, əsasən qovaq ağaclarında və onlar aşır. Ağaclar budanır və mövcud yaşllığın qalması üçün abadlıq işlələri aparılır.", -deyə Yaşıllaşdırma Təsərrüfatı Birliyinin şöbə müdiri Orxan Məmmədov bildirib . 

"Araşdıran zaman məlum olub ki, qanunsuz olaraq ağacların olduğu ərazi hasarlanır. Vətəndaşların müraciətləri əsasında haraslar aradan qaldırılıb", deyə ETSN-in sektor müdiri Sadiq Dərafərin bildirib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə