“Neftçi“nin qələbə seriyası qırıldı - VİDEO

“Neftçi“nin qələbə seriyası qırıldı - VİDEO
“Flaqman” əzmkarlıq sayəsində məğlubiyyətdən qaçdı

"Neftçi" futbol üzrə Avropa Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununu keçirib. Flaqman 8-ci km qəsəbə stadionunda İsrailin "Bney Yehuda" kollektivini qəbul edib. Bundan əvvəlki 4 oyunda quru hesablı qələbə qazanan ağ-qaraların uğurlu seriyasını israillilər qırıblar. Meydana sanki bir qədər arxayın çıxan 8 qat Azərbaycan çempionu bunun cəzasını ilk yarım saatda çəkib. Əvvəlcə Tambi Saqas Avroliqanın cari mövsümündə Səlahət Ağayevi məyus edən ilk futbolçu olub. 10 dəqiqə sonra isə Muhammed Qadir "Neftçi"ni yenidən mərkəzə dəvət edib. Bundan sonra toparlanan flaqman fasilə rəfəsində buraxılan toplardan birinin əvəzini çıxıb. Stiven Monroz fərqi minimuma endirib. İkinci hissəni isə meydan sahibləri hücumda, rəqib futbolçuları isə yerdə keçiriblər. Belə ki, vaxt uzatmaq üçün əllərindən gələni edən qonaqlar demək olar ki, hər toxunuşda yerə yıxılaraq həm oyunun tempini aşağı salmağa, həm də ən azı 2-3 dəqiqə vaxt qazanmağa çalışırdılar. Buna rəğmən komandamız son saniyələrdə israilliləri cəzalandırmağı bacarıb. Neftçini məğlubiyyətdən qurtaran Namiq Ələsgərov Arenaya toplaşan yerli azarkeşləri coşdurub, 2-2.

"İlk dəqiqədən rəqibin müdafiə olunacağını gözləyirdik. Bütün komanda ilə müdafiədə oturdular. Arxadan hücumlar qurmaq çətindir. Onlara əks-hücum üçün şərait yaratdıq. Öncəki rəqibimiz Rusiya "Arsenal"ı futbol oynayırdı. İndiki rəqib isə ancaq müdafiə barədə düşünürdü. Hesabda geri düşməyimizə baxmayaraq toparlana bildik. Futbolçular sona qədər vuruşdular və təslim olmadılar. Cavab görüşündə də bunu təkrarlamağa çalışacağıq.

 "Birinci hissə yaxşı alındı. Təhlükəli epizod yarada bildik və iki qolu vurduq. Bu bizim cari mövsüm ilk rəsmi oyunumuz idi. İkinci yarıda müdafiəni düşündük. 2:0-dan sonra üstünlüyü əldən verməyimiz ürəyimcə olmadı. İsraildəki görüşün necə bitəcəyini zaman göstərəcək."

Qeyd edək ki, komandalar arasındakı cavab matçı bir həftə sonra İsraildə oynanılacaq. Cütün qalibi Avropa Liqasının pley-off mərhələsində "Malmö" - "Zrinski" duelinin güclüsü ilə qarşılaşacaq.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə