Aqrar sahədə islahatlar - VİDEO

Aqrar sahədə islahatlar - VİDEO
Kənd Təsərrüfatının İnkişafı üçün görüləcək işlər

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə Real İntervyu-nun qonağıdır.

Hansı kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsinə fermerlər daha maraqlıdır?

"Hər bir fermerin istehsal etdiyi məhsulun həcmi artıb. Fermerin məhsul istehsalı artıb. Fermerin bazar şərtləri yaxşı olub. Onlar məhsullarını münasib qiymətə sata biliblər. Fermerlər idxal əvəz etməni genişləndirib. Muşahidələr göstərir ki, fındıqçılıq genişləndirilir. Quba, Xaçmaz yeni fındıqçılıq zonalarıdır. Ağstafada yeni fındıq bağları salınıb. Fındığı yetişmə əraziləri genişdir. Dünya bazarında fındığa olan tələbat çoxdur, qiyməti də məqbuldur. Dünaya bazarına bunu ixrac edən 3-cü böyük ölkəyik. Türkiyə, İtaliya və Azərbaycan. Dövlət siyasəti  müəyyənləşdirilib ki, fındıq bağlarının sahəsini 84 min hektara çatdıraq. Fındıq sahələrinin ərazisi 74 min hektara artıq çatıb. Orta hesabla məhsuldarlığı bir ton yarıma çatdırsaq, biz artıq 120 ton fındıq istehsalı ilə İtaliyanın da həcmini keçərək Türkiyədən sonra dünyada 2-ci fındıq istehsalçısı ola bilərik. Burada mənfəətlilik yüksəkdir. Aqranomlarla məsləhətləşib iş qurmaq lazımdır ki, yaxşı mənfəət əldə olunsun", deyə Firdovsi Fikrətzadə bildirib. 

"Topdansatış infrastruktutunun inkişafı üçün işlər aparılır. Birja tipli topdansatış strukturunun olmasına ehtiyac var. Müəyyən məhsul dövründən sonra fermer bazardan çıxır. İnfrasrtuktur genişləndirilməlidir. İxrac bazarını genişləndiririk. 150 ölkənin siyahısını çaxartdıq. Onların özünü buğda təmini etməsi 40 faizdən aşağıdır. Əlavə 1 milyon hektar sahə olmalıdır, subtropik sahəni artırmaqla idxalı əvəz etmək olar. Çay idxalı ilə təmin etmək tamamilə mümkün deyil. Bunun əvəzində daha alternativ sahələrdə məhsulları istehsal edə bilərik. Taxılda məhsuldarlıq göstəricisi artıb. Bu il gözləyirik ki, builki mövsüm üçün taxıl istehsalımız 7 faizdən yuxarı olacaq. Buğda idxalında azalma trendi davam edir. Buğda idxalı ilə özümüzü 60 faiz təmin edə bilirik. İxrac imkanlarını artıra bilərik. Pambıq, subtropik meyvələr, çəyirdəkli meyvələr, nar istehsalını artırmaq, xurmanın emal olunması ilə ixrac bazarını genişləndirə biləcəyik. Dövlətin investisiya qoyuluşunda genişlənirilmə sahələri bunlardır", deyə Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə