“Petkim" satışını 22% artırıb

“Petkim

Bu ilin I yarısında Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan “Petkim” neft-kimya kompleksində 1 681,831 min ton məhsul istehsal olunub. Hesabat dövründə satış miqdarı 1 167,325 min ton təşkil edib.

REAL Report-a istinadla xəbər verir ki,bu barədə “Petkim Holding”in hesabatına əsasən xəbər verilib.

Bu ilin I yarısında “Petkim”də istehsalın həcmi ötən ilin müvafiq dövründən 10,5%, satış miqdarı isə 21,6% artıb.

Hesabat dövründə istehsal gücündən istifadə göstəricisi 95,6% olub. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 86%təşkil edib.

Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. “Petkim”in illik istehsal həcmi 2 mln. ton təşkil edir. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə