Dövlət Film Fondunun işçilərinin maaşları artırılıb

Dövlət Film Fondunun işçilərinin maaşları artırılıb

Mədəniyyət Nazirliyinin Dövlət Film Fondunun işçilərinin aylıq vəzifə maaşları artırılıb.

REAL APA-ya istinadla xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişiklik edib.

Beləliklə, Dövlət Film Fondunun direktorunun maaşı 798 manatdan 1110 manata,  direktor müavininin maaşı 677 manatdan 945 manata, şöbə müdirinin maaşı 600 manatdan 835 manata, fondların baş mühafizəçisi, baş biblioqraf, baş redaktor və baş mütəxəssisin maaşı 523 manatdan 730 manata, aparıcı biblioqraf, aparıcı redaktor, aparıcı mütəxəssis və bərpaçı-rəssamın maaşı 495 manatdan 690 manata, arxivçi-biblioqraf, redaktor, fond üzrə elmi işçi və mütəxəssisin maaşı 484 manatdan 675 manata, avtomobil sürücüsünün maaşı 210 manatdan 320 manata, kinomexanik, katibə-kompüter operatoru və kompüter operatorunun maaşı 210 manatdan 295 manata, yanğınsöndürən, gözətçi, film daşıyıcısı, xidməti otaqları yığışdıran və dalandarın maaşı 180 manatdan 260 manata qaldırılıb.

Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə