Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub

Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub

Rusiya prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı "Dostluq" ordeni ilə təltif edib.

REAL APA-ya istinadla xəbər verir ki, bu barədə məlumat Rusiyanın rəsmi hüquq informasiya portalında yerləşdirilib.

Məlumatda bildirilir ki, Rusiya prezidentinin 9 avqust 2019-cu il tarixli sərəncamı ilə Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə"Dostluq" ordeni ilə təltif olunub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər