Rusiya, İran və Azərbaycan prezidentlərinin görüşü onların iş cədvəli uyğunlaşdırılandan sonra baş tutacaq.
REAL Trend-ə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, avqustun 13-ü Soçidə nəzərdə tutulmuş görüşün təxirə salınması prezidentlərin iş cədvəllərinin daha detallı əlaqələndirilməsi ilə bağlı olub:
“Diplomatik yollarla cədvəllərin uyğunlaşdırılması baş verəndə, görüşün yeni tarixi barədə məlumat veriləcək”.