Kəşmirə dikilən gözlər - VİDEO

Kəşmirə dikilən gözlər - VİDEO
Hindistan-Pakistan arasında Kəşmir münaqişəsinin tarixi

Bir müddətdir ki, dünya gündəmini zəbt edən məsələlərdən biri də Hindistan və Pakistan arasındakı münasibətlərdir. 

Cəmmu və Kəşmir bölgəsinin Hindistan tərəfindən xüsusi statusun ləğv etməsi bir sıra ölkələrin narazılığına səbəb olub.

1947-ci ilin avqustun 14-dən 15-ə keçən gecə Britaniya imperiyasının müstəmləkəsi sayılan Britaniya Hindistanı müstəqil dövlət oldu - Pakistan və Hindistan dominionlarının əsası qoyuldu.

Elə həmin il tərəflər arasında Kəşmir münaqişəsi başladı.

Avqustun 5-i Hindistan höküməti Cəmmu və Kəşmirin ştat statusunu ləğv etdi - məhz bu qərar dünya müsəlmanlarının narazılığına səbəb olub.

Əhalisinin 90% müsəlman olan bu ərazi hər zaman Pakistan İslam Resupblikasının nəzarəti altında olub.

Artıq İran rəsmiləri də Hindistandan ərazidə yaşayan müsəlmanların hüquqlarının qorunmasını tələb edib.

Müstəqillik qazandıqdan sonra Hindistan və Pakistan arasında üç genişmiqyaslı müharibə, bir elan olunmamış müharibə və bir çox sərhəd toqquşmaları baş verib. 

1971-ci ildə baş vermiş Üçüncü Hindistan-Pakistan müharibəsi və Banqladeş istiqlal müharibəsi istisna olmaqla qalan bütün münaqişələrin mərkəzində Kəşmir məsələsi dayanırdı.

Kəşmir məsələsini REAL-a politoloq Arzu Nağıyev şərh etdi.

Politoloqun sözlərinə görə, böyük ölkələrin bu münaqişədə iştirakı lokal müharibəyə gətirib çıxara bilər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə