Azərbaycan güləşçisi dünya çempionatında erməniyə qalib gələrək, medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında erməniyə qalib gələrək, medal qazanıb

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı davam edir.

REAL-ın məlumatına görə, mundialın ilk medal günündə Azərbaycan millisinin 2 sərbəst güləşçisi fəxri kürsüyə qalxıb. 

Yığmamızın heyətində Turan Bayramov (65 kq) üçüncü yer uğrunda Ahmet Salim Yiğitlə (Türkiyə) üz-üzə gəlib və 8:0 hesabı ilə qələbə qazanıb. 

Onun kimi, Abubakr Abakarov (79 kq) da bürünc medala sahib olub. Pəhləvanımız üçüncü yer uğrunda qarşılaşmada erməni Arman Avaqyana 6:4 hesabı ilə qalib gəlib. 

Digər güləşçilərimizdən Mahir Məmmədzadə (57 kq) təsəlliverici, Əşrəf Aşırov (70 kq) üçüncü yer uğrunda görüşdə məğlub olub. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə