ABŞ bəzi Çin məhsulları üzərindən əlavə verginin götürüldüyünü bəyan edib

ABŞ bəzi Çin məhsulları üzərindən əlavə verginin götürüldüyünü bəyan edib

ABŞ-ın Ticarət Nümayəndəliyi bəzi Çin məhsullarına tətbiq etmək niyyətində olduqları əlavə verginin dekabrın 1-dən 15-dək təxirə salmağı qərara alındığını açıqlayıb.

REAL APA-ya istinadla xəbər verir ki, bu barədə məlumat ABŞ-ın ticarət rəsmilərinin Çinin Ticarət Nazirliyinin vitse-prezidenti Liu He ilə telefon danışığından bir qədər sonra açıqlanıb.

Qeyd edilib ki, ABŞ-ın bu addımı səhiyyə, milli təhlükəsizlik və digər amillər  səbəbindən qərara alınıb. Məhsullar arasında mobil telefonlar, noutbuklar, oyun konsolları, bəzi oyuncaqlar, kompüter monitorları, ayaqqabı və geyimlər yer alıb. 


Bu arada ABŞ prezidenti Donald Tramp sosial media hesabında Çinin ABŞ-ın kənd təsərrüfatı məhsullarını satın alacağını ifadə edərək bildirib ki, Pekinin indiyə qədər etdikləri ilə söylədikləri üst-üstə düşməyib. Tramp əlavə edib ki, bəlkə bu dəfə fərqli olacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə