FİFA “Mançester Siti”ni cəzalandırıb

FİFA “Mançester Siti”ni cəzalandırıb

FİFA İngiltərənin “Mançester Siti” klubunu cərimələyib. 

REAL APA-ya istinadla xəbər verir ki, “şəhərliləri” transfer qaydalarına riayət etmədikləri üçün cəzalanıblar. 

Ali futbol qurumu komandanın 18 yaşadək futbolçuların transferində və sənədlərində qanunsuzluq aşkarlayıb. Bu səbəbdən də “Mançester Siti”yə 370 min İsveçrə frankı cərimə kəsilib. 

Qeyd edək ki, eyni qayda pozuntusu edən “Çelsi”yə fevralda növbəti iki transfer pəncərəsində yeni oyunçu qeydiyyatdan keçirmək qadağası qoyulub. Cəza müddəti 2019-20 mövsümünün sonunda başa çatacaq. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə