Pakistan səfiri: Hindistanın bu addımı BMT qərarlarına ziddir

Pakistan səfiri: Hindistanın bu addımı BMT qərarlarına ziddir

"Bu gün Pakistanın müstəqillik günü qeyd olunur. Bu gün biz həm də Kəşmir xalqı ilə əmin-amanlığımızı qeyd edirik. 1947-ci il 14 avqust müstəqilliyindən sonra Kəşmirin öz müqəddəratını həll etməyi qərara almasına və BMT-nin qətnamələr çıxarmasına baxmayaraq, Hindistan buna imkan verməyib".

REAL APA-ya istinadla xəbər verir ki, bunu Pakistanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Səid Xan Mohmand deyib.

Diplomat bildirib ki, Hindistan Konstitusiyasında edilmiş 5 avqust 1954-cü il dəyişikliyinə görə kəşmirlilər öz müqəddəratlarını müəyyən edə bilərlər, lakin Hindistan buna imkan vermir: "Hazırda vəziyyətlə əlaqədar Kəşmirin liderləri Fariq Abdulla və digərləri həbsxanadadır. Kəşmirə 38000 nəfərlik əlavə qüvvə yeridilib və 9 gündür, ərazidə komendant saatı tətbiq olunur. TV və internetin fəaliyyəti dayandırılıb, Kəşmirin nəzarətində olan hissə ilə dünyanın əlaqəsi kəsilib. Bu qərara etiraz mitinqlərində qəlpəli bombalardan istifadə olunub. Əhalinin gəlir mənbəyi turizmdir, lakin Hindistan hökuməti turistlərə ərazini tərk etmək barədə xəbərdarlıq edib. Son vəziyyət Hindistanda da qınağa səbəb olub. Belə ki sikxlər və xristianlar, o cümədən Hindistan müxalifəti bu qərarı qınayıb. Hindistanın hakim partiyası müsəlmanlara qarşı düşmənçiliklə yadda qalıb son beş ildə. Onlar bu illər ərzindı kilsələri belə yandırıb, xristianları hindu dininə sitayiş etməyə məcbur ediblər. Qərarın səbəblərindən biri də "Hindistan hindular üçündür" düşüncəsini yaymaqdır. Artıq hindular Kəşmirin demoqrafik vəziyyətini dəyişə və BMT-də iddialarla çıxış edə biləcəklər. Hindistanla diplomatik əlaqələr dayandırılıb və səfir geri çağırılıb. Ticarət dövriyyəsi də dayandırılıb və ikitərəfli əlaqələr gözdən keçirilir. Bu məsələnin BMT-də müzakirəyə çıxarılması üçün müraciət olunub. Biz Hindistanın müstəqillik gününü matəm, qara gün kimi qeyd edəcəyik".

Səfirin sözlərinə görə, Baş nazir İmran Xan yaranmış vəziyyəti qardaş ölkələrlə müzakirə edib: "BMT Təhlükəsizlik Şurasının üzvləri ilə də məsələ müzakirə olunacaq. Pakistan XİN BMT-yə rəsmi müraciət edib. Hindistanın bu qeyri-qanuni addımı BMT-nin qərarlarına ziddir və Kəşmirin statusunu dəyişməyə yönəlib. Hindistan hökumətinin qərarı Kəşmirdə iqtisadi faciə yaradır. Artıq Kəşmirdə 9 nəfər Hindistan hərbi qüvvələri tərəfindən qətlə yetirilib. Bütün bunlarla yanaşı, Hindistan, Pakistan, Çin nüvə ölkələridir və regionda baş verəcək hadisələr böyük faciələr yarada bilər".

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında Kontakt qrupunun üzvü olduğunu qeyd edən səfir baş verənlərlə bağlı Azərbaycan XİN-də olduğunu, vəziyyət barədə məlumat verdiyini deyib: "Azərbaycandan tam dəstək gözləyirik və inanırıq ki, Azərbaycan dəstəyi verəcək. Bir daha qeyd edim ki, Hindistan hökumətinin qərarı beynəlxalq normalara ziddir".

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə