Avqustun 17-dən temperatur yüksələcək

Avqustun 17-dən temperatur yüksələcək

“Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti müşahidə olunacaq”. 

REAL xəbər verir ki, bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, avqustda mülayim küləkli hava şəraiti gözlənilir: “Bu ay cənub, cənub-şərq küləyi üstünlük təşkil edəcək. Temperatur nisbətən yüksələcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu ayın 15-i, 16-sı 30-35 dərəcə, 17-də isə 31-36 dərəcə arasında dəyişəcək”.

Baş hidroloq qeyd edib ki, avqustun 17-dən başlayaraq  temperatur tədricən yüksələcək: “Avqustda kəskin istilər gözlənilmir. Havanın temperaturu 31-36 dərəcə arasında dəyişəcək”.

A.Verdiyev bildirib ki, arada küləkli hava şəraiti müşahidə olunsa da, güclü külək gözlənilmir. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə