Ümumqoşun orduda toplantı - VİDEO

Ümumqoşun orduda toplantı - VİDEO
Məzun zabitlərlə təlim-metodiki toplantı keçirilib

Əlahiddə Ümumqoşun Orduda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bu il bitirmiş, hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətini davam etdirən zabitlərlə təlim-metodiki toplantı keçirilib.

Toplantıda əsas diqqət zabitlərin taktiki biliklərinin, qərar qəbuletmə bacarıqlarının artırılmasına, xidmətə düzgün istiqamətləndirilməsinə yönəldilib. 

Toplantı çərçivəsində Naxçıvan Muxtar Respublikasının gəzməli-görməli, tarixi-mədəni yerlərinə və muzeylərinə ekskursiyalar təşkil olunub. 

Həmçinin zabitlər Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində, ön xətdəki mövqelərində şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə tanış olublar.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə