“Transxəzər“ qaz kəməri - VİDEO

“Transxəzər“ qaz kəməri - VİDEO
Rusiya və İran Xəzərin dibi ilə boru xəttinin çəkilməsinə qarşıdır

Türkmənistanda baş tutan Birinci Xəzər İqtisadi Forumunda forumu zamanı “Transxəzər” qaz kəmərinin taleyi də müzakirə olunub. Rusiya və İran nümayəndələri bu layihəyə qarşı olduqlarını bildiriblər. Onlar bunu ekoloji məsələlərlə izah ediblər. 

İranın “National Gas Company” şirkətinin nümayəndəsi Bəhruz Namdari isə mövqeyini sətraltı deyil, açıq formada ifadə edib. O, Xəzərin dibi ilə boru kəmərinin çəkilməsini ölkəsinin maraqlarına uyğun olmadığını deyib.

İlham Şaban hesab edir ki, Transxəzər boru kəməri ilə bağlı problem sünidir. 

“Transxəzər” qaz kəməri ideyasını Qərb fəal müdafiə edir və dəfələrlə bu layihə Türkmənistanla danışıqlarda müzakirə olunub. Azərbaycanın layihə ilə bağlı mövqeyi belədir ki, “Transxəzər” barədə qərarı kəmərin başlanğıcını götürdüyü ölkə qəbul etməlidir. Azərbaycan isə ancaq bundan sonra tranzit ölkə kimi öz mövqeyini ortaya qoyacaq

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə