Dan Mori: "Neftçi"ni dayandırmaq üçün əlimizdən gələni edəcəyik"

Dan Mori:

"Onsuz də rəqibin gücünə, hücum xəttinə bələd idik. İndi də "Neftçi" haqda xoş sözlər deyə bilərəm. Bu, təkcə hücum xəttinə yox, bütün komandanın oyununa aiddir. 

REAL APA-ya istinadla xəbər verir ki,  bunu İsrailin "Bney Yehuda" klubunun futbolçusu Dan Mori deyib. 

Komandasının kapitanı Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"ylə sabahkı cavab qarşılaşması öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, Bakı klubunu mübarizədən kənarlaşdırmaq üçün bütün güclərini meydanda qoyacaqlar: "Neftçi"ni dayandırmaq üçün sabah əlimizdən gələni edəcəyik. Futbolda psixoloji hazırlıq önəmlidir. Sabahkı oyun haqda tam fikirləşirik. Bilirik ki, yaxşı komandayla yenidən qarşılaşacağıq".

Qeyd edək ki, "Bney Yehuda" Bakıdakı ilk matçdan 2:2 hesablı bərabərliklə ayrılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə