Bu il boşanmaların sayı artıb

Bu il boşanmaların sayı artıb

Bu ilin 6 ayında qeydiyyat şöbələri tərəfindən 29391 nikah və 8257 boşanma halları qeydə alınıb.

Dövlət Statsitika Komitəsindən REAL-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7-dən 6,0-a qədər artıb.

Məlumatda bildirilir ki, boşanmaların sayı 1,5-dən 1,7-yə qədər artıb.

Bu ilin yanvar-iyun aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 911 nəfər gələn, Azərbaycandan isə 735 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 176 nəfər təşkil edib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə