Minsk qrupuna REAL TV-nin sorğusu - VİDEO

Minsk qrupuna REAL TV-nin sorğusu - VİDEO
Sorğu N.Paşinyanın son bəyanatları ilə bağlıdır

Real Təhlil Və İnformasiya mərkəzi son zamanlar Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həll olunmasının ruhuna birbaşa zidd olan bəyanatlarına münasibət öyrənmək məqsədilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinə sorğu göndərib. Məktubda deyilir:

“ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, 25 ildən artıqdır davam edən Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanla Ermənistan arasındakı dialoqa vasitəçilik edirsiniz.

Bu illər ərzində həm Azərbaycana, həm də Ermənistana çox səfərlər etmisiniz və münaqişənin həlli üçün çoxsaylı səylər göstərmisiniz.

Bu yaxınlarda Ermənistanın yeni rəhbərliyi sülh prosesinin ilk günlərindən mövcud olan danışıqlar formatını dəyişdirməyə çalışdı.

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın işğalı altında olan Azərbaycan ərazisi Dağlıq Qarabağa səfər edib.

Səfəri zamanı o, Dağlıq Qarabağı Ermənistanın bir hissəsi adlandırmaqla qeyri-adekvat açıqlamalar verib.

Ermənistanın Xarici İşlər Naziri də onun bəyanatını təsdiqləyib.

Paşinyanın bəyanatı ATƏT-in Minsk Qrupu həmsədrlərinin uzanan münaqişəni həll etmək səylərinə necə təsir edir? Bu məsələdə həmsədrlərin susması Azərbaycan cəmiyyətini ciddi narahat edir. Ermənistan rəhbərliyinin son açıqlamaları sülh danışıqlarına xələl gətirdiyi üçün, Ermənistan baş nazirinin qeyd olunan bəyanatı ilə bağlı rəsmi mövqeyinizi bildirməyinizi xahiş edirik.

Xatırladaq ki, Nikol Paşinyan Xankəndinə səfəri çərçivəsində Dağlıq Qarabağı Ermənistanın bir hissəsi adlandırıb. Bəyanatdan dərhal sonra Ermənistanın Xarici İşlər Naziri də onun mövqeyni təsdiqləyib. Rəsmi Bakı Rəsmi İrəvanın bu bəyənatlarını qəti şəkildə pisləyib və bu kimi addımların danışıqlar prosesinə zərbə vurduğunu bildirib. Real həmsədrlərə göndərdiyi sorğunu diqqətdə saxlayacaq və nəticə barədə məlumat verəcək.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə