Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin Əsasnaməsi təsdiq edilib

Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin Əsasnaməsi təsdiq edilib

İqtisadiyyat Nazirliyinin Kollegiyası tərəfindən Dövlət-Sahibkar Tərəfdaşlığının (Public Private Partnership) İnkişafı Mərkəzinin Əsasnaməsi təsdiq edilib.

REAL Report-a istinadla xəbər verir ki, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən verilən məlumata görə, Agentliyin strukturunda fəaliyyət göstərəcək Mərkəzin əsas fəaliyyət istiqamətləri dövlət-özəl tərəfdaşlığı sahəsində biznes mühitinin inkişaf etdirilməsi və institusional təşkilati infrastrukturun təkmilləşdirilməsi, dövlət-özəl tərəfdaşlığı üzrə proqram və layihələrin hazırlanması, həyata keçirilməsi və müvafiq benefisiar qurumlarla səmərəli əlaqələndirilməsi, belə layihələrdə kiçik və orta biznesin iştirakının genişləndirilməsi, layihələrin maliyyələşdirilməsi üzrə investorların cəlb edilməsi işinə dəstək verilməsi, eləcə də bu sahədə dövlət qurumları da daxil olmaqla bütün maraqlı tərəflərin maarifləndirilməsi və onların bilik və bacarıqlarının artırılmasıdır.

Mərkəzin fəaliyyəti Azərbaycanın sosial-iqtisadi inkişafına dair strateji sənədlərdə qeyd olunan sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrinin daha səmərəli həyata keçirilməsinə xidmət etməklə, özəl investisiyaların sosial və iqtisadi əhəmiyyət kəsb edən infrastruktur layihələrinin inkişafına yönəldilməsinə töhfə verəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə