“Sabah”ı düşünən “Neftçi” - VİDEO

“Sabah”ı düşünən “Neftçi” - VİDEO
Bordin mars oldu

“Sperantsa” və “Arsenal”ı qol buraxmadan məğlub edən “Neftçi” İsrail oğullarının təzyiqi qarşısında tab gətirə bilmədi.

Hələ Bakıdakı oyundan sonra Bordin papağını qabağına qoyub düşünməli idi. Tula samovarından içilən çayın dadı damağımızda qaldı.

Paytaxtımıza təzə ayaq basdığı günlərdə nərd kurslarına yazılan appeninli, Xa Moşava stadionunda mars oldu. Ruslarla oyunlarda ideala yaxın futbol göstərən Anton Krivotsyuk sol cinahı yəhudilərə bağışlamışdı. Əvəzində hücumçularımız meydan sahiblərinin mərkəzdə ucaltdığı qərb divarı qarşısında ağlamaqla kifayətləndilər.

Qvineya, Haiti, Seneqal və digər eqzotik ölkələrdən transfer olunmuş Soni Mustivar, Baqali Dabo, Jozef Monroz, Kirilo Petrov, Vangelis Platellas, Mbodj və Kane Mamadular məhz belə məqamlarda flaqmana kömək etməli idi.

Məlum məğlubiyyətin səbəbkarları arasında qol vurmaq hissiyatını itirmiş Rauf Əliyevin də, öz oxu ətrafında fırlanan, toplanan amma cəmi dəyişməyən Rəhman Hacıyevin də adı var.

Dünənə qədər xəyallarında Malmö ilə oyunu canlandıran azarkeşlər bugün “Sabah”la matçı düşünür. Yeri gəlmişkən “Sabah”ın sifariş etdiyi qapıçılardan birinin soyadı Bezrukdu.

“Sabah”ımıza açılan qapının dəstəyindən Bezruk tutacaqsa həmkarlarım kimi İsrail torpağından əli ətəyimizdən uzun qayıdacağıq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə