Ukraynada hoteldə baş verən yanğında 8 nəfər ölüb

Ukraynada hoteldə baş verən yanğında 8 nəfər ölüb

Ukraynanın Odessa şəhərində hotellərin birində yanğın baş verib. 

REAL APA-ya istinadla xəbər verir ki, yanğın nəticəsində 8 nəfər ölüb, 10 nəfər isə yaralanıb. 

Məlumata görə, yanğın gecə 01:34-də “Tokyo Star” hotelinin ikinci mərtəbəsində meydana gəlib. Yanğının söndürülməsinə 13 xüsusi avtomobil və 60 xilasedici cəlb olunub. Nəticədə yanğın 3:35-də söndürülüb.

Bu gün Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yanğının təfərrüatlarına dair brifinq keçirəcək. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə