Bakıda poçtu soymaq istəyən dəstə saxlanılıb

Bakıda poçtu soymaq istəyən dəstə saxlanılıb

Bakıda poçta soyğun olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən REAL-a verilən məlumata görə, avqustun 15-də Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində yerləşən poçt şöbəsinə girmiş şəxsiyyəti məlum olmayan 2 nəfər orada işləyən E.İsgəndərovu bıçaqla hədələyib pul verməsini tələb ediblər. Həmin şəxslər müqavimətlə rastlaşdıqlarından E. isgəndərova bıçaqla xəsarət yetirib hadisə yerini tərk ediblər.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Babayev, Abşeron rayon sakinləri R.Layıçov və T.Əfəndizadə saxlanılıb.

H.Babayevdən 5,229 qram marixuana götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə