Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı müəyyənləşib

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı müəyyənləşib

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı müəyyənləşib.

REAL APA-ya istinadla xəbər verir ki, parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.

Milli Məclisinin Daxili Nizamnaməsində göstərilib ki, Konstitusiyanın 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq parlament hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.

Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Qeyd edək ki, Milli Məclisin deputatları iyulun 15-dən avqustun 30-dək tətilə buraxılıblar.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə