Xətai rayonunda ikinci “ASAN xidmət“ - VİDEO

Xətai rayonunda ikinci “ASAN xidmət“ - VİDEO
Mərkəzin park ərazisində inşa olunması iddiası təsdiqini tapmadı

Xətai rayonunda Əhalinin sıxlığı nəzərə alınaraq daha bir ASAN Xİdmət mərkəzi tikiləcək.

Lakin son günlər sosial şəbəkələrdə Ukrayna dairəsində yerləşən istirahət parkının ərazisinin bir hissəsinin hasarlanması və oradakı ağacların təhlükə ilə üzləşdiyi ilə bağlı məlumatlar yayılıb. 

Elə bu məqsədlə də Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bizimlə birgə adı qeyd olunan ünvana gələrək məsələyə aydınlıq gətirdi.

Bundan başqa Pənah İmanovun sözlərinə görə olduqca əhəmiyyətli və dövlət dəstəyi ilə tikiləcək olan ASAN Xidmət mərkəzinin tikintisi zamanı hər hansı neqativ addım atıla bilməz. Tikintiyə mane olmayan bütün yaşıllıqlar qorunacaq. Xətai Rayon İcra Hakimiyyəti də imkan verməz ki, parkda hansısa neqativ iş görülsün. Qeyd edək ki, ASAN Xidmətin inşa olunacağı ünvan parkın ərazisindən kənarda yerləşir.

Hazırda isə 2013-cü ildə Xətai rayonu Nobel prospekti 23 ünvanında yerləşən ticarət mərkəzinin ikinci mərtəbəsində yaradılan ASAN xidmət Mərkəzi sakinlərin xidmətindədir. Yeni tikiləcək ASAN Xidmət Mərkəzi Əhmədli, Günəşli qəsəbələri o cümlədən Nizami rayon sakinlərinə yaxın olması baxımından əlverişli olacaq.

Görülən işlər barədə əlavə məlumat veriləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə