Qazaxıstanda 5,4 və 4,9 maqnitudalı zəlzələlər olub

Qazaxıstanda 5,4 və 4,9 maqnitudalı zəlzələlər olub

Bu gün səhər saatlarında Qazaxıstanda 5,4 və 4,9 maqnitudalı zəlzələlər olub.

REAL-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Seysmoloji Təcrübə-Metodika Ekspedisiyası məlumat yayıb.

Səhər saat 05.07 radələrində Alma-Atıdan 145 km şimal-şərqdə 5,4 maqnitudalı zəlzələ baş verib. Zəlzələ Jarkənd şəhərində 5 bal, Taldıkorqan və Satı qəsəbələrində 2,3 bal hiss edilib.

Səhər saat 09.12 radələrində isə Alma-Atıdan 78 km şimalda 4,9 maqnitudalı zəlzələ olub. Zəlzələnin ocağı 20 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər