Meksika-Azərbaycan arasında turist axını 5 il ərzində 20% artıb

Meksika-Azərbaycan arasında turist axını 5 il ərzində 20% artıb

Ötən il Meksika-Azərbaycan arasında ticarət mübadiləsinin həcmi 26,2mln dollar olub.

REAL Report-a istinadla xəbər verir ki, cari ildə bu göstəricilərin ötən il ilə müqayisədə artacağı gözlənilir. 2017-2018-ci illər ərzində Meksikadan Azərbaycana olan ixracatın həcmi 35,74% artıb, həmin dövrdə Azərbaycandan Meksikaya ixracatın həcmi isə 12,44% çoxalıb.

“Meksika məhsullarının Azərbaycan bazarındakı iştirakına gəlincə, neft sənayesi üçün qazma alətləri 39%, qazma boruları 18%, neft və qaz üçün borular isə 10-12% təşkil edir. Həmçinin, Azərbaycana idxal olunan Meksika mənşəli pivə bazarda 12% yer tutur. Bundan başqa, 2018-ci ildə Azərbaycanda meksikalı turistlərin sayı 8,93%, Meksikada isə azərbaycanlı turistlərin sayı 19,06% artıb. Ümumilikdə, bu səfirliyin açılmasından etibarən (2014-2018) ikitərəfli turistik axınları 20% artım baş verib. Azərbaycanlı turistlər əsas istiqamətlər kimi Mexiko şəhərini və Kankunu seçirlər”, - deyə məlumatda bildirilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə