Qubada dağlıq ərazidəki yanğın söndürülüb - YENİLƏNİB

Qubada dağlıq ərazidəki yanğın söndürülüb - YENİLƏNİB

Avqustun 19-da Quba rayonunun Zərqova kəndi ərazisində başlayan yanğın söndürülüb.

REAL xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna yanğınla əlaqədar yaradılan qərargahın rəhbəri, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Xanlar Heybətov məlumat verib. 

Qeyd edək ki, təxminən 30 hektara yaxın ərazini əhatə edən yanğın nəticəsində əsasən quru ot və kol-kos yanıb. Yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.

 

*****

11:50

Avqustun 19-da Quba rayonunun Zərqova kəndi ərazisində başlayan yanğın lokallaşdırılıb.

REAL APA-ya istinadla xəbər verir ki, yanğın ərazinə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin canlı qüvvəsi, eləcə də Quba rayon İcra Hakimiyyətinin yerli qurumlarının və hüquq-mühafizə orqanlarının əməkdaşları da yanğının söndürülməsi üçün çalışır.

Yanğınla əlaqədar yaradılan qərarqahdan bildirilib ki, yanğın təxminən 30 hektar ərazisini əhatə edir və artıq lokallaşdırılıb. Qeyd olunub ki, yanğın gün ərzində tamamilə söndürüləcək. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə