Azərbaycan Yüksək Liqanda iştirak edəcək komandaların sayı artırılıb

Azərbaycan Yüksək Liqanda iştirak edəcək komandaların sayı artırılıb

Futzal üzrə 2019/2020 mövsümündə Azərbaycan Yüksək Liqanda iştirak edəcək komandaların sayı artırılıb.

REAL Report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasından məlumat verilib. Bildirilib ki, ötən mövsüm çempionatda 7 klub yer aldığı halda, bu dəfə 10 komanda müraciət edib.

Onlardan dördü - “Araz”, EKOL, “Neftçi” İK, “Yasamal” İSK ötən çempionatın iştirakçısıdır. “Marafon Futsal” 1 illik fasilədən sonra yenidən Yüksək Liqada iştirak etmək niyyətindədir. Yeni komandalar isə “Baku Fire”, “Record club”, “Xəzər” (Yardımlı), TFF-55 (Tələbə Futbol Federasiyasının) və “Quba Premyer”dir.

Qeyd edək ki, yeni mövsümünün püşkü sentyabrın 4-də atılacaq. Bakı İdman Sarayının Mətbuat Konfransı otağında təşkil ediləcək mərasim saat 11:30-da başlayacaq. Əvvəlcə Yüksək Liqanın püşkü atılacaq. Saat 12:00-da Birinci, saat 12:30-da isə İkinci Liqanın püşkatma mərasimi olacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə