Azərbaycanda dizel yanacağı və avtomobil benzini istehlakı artıb

Azərbaycanda dizel yanacağı və avtomobil benzini istehlakı artıb

2019-cu ilin yanvar-iyun aylarında ölkədə 744,4 min ton dizel yanacağı, 646,4 min ton avtomobil benzini istehlak edilib.

REAL xəbər verir ki, Report-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, dizel yanacağı istehlakı ötən ilin I yarımilindən 4,5%, avtomobil benzini istehlakı 4,2% çox olub.

Bu ilin I yarısında ölkədə 182,9 min ton aviasiya üçün və sair ağ neft, 160,2 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 89,6 min ton neft bitumu, 83,5 min ton maye qaz, 27,5 min ton sürtkü yağları istehlak edilib. Aviasiya üçün və sair ağ neft istehlakında 10,6%, neft-kimya sənayesində istifadə üçün benzin istehlakında 37,6%, artım, neft bitumu istehlakında 25,3%, maye qaz istehlakında 16,7%, sürtkü yağları istehlakında 36,5% azalma qeydə alınıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə