Yeni massivin köhnə qayğısı - VİDEO

Yeni massivin köhnə qayğısı - VİDEO
Qobudakı yeni yaşayış massivinə gələn il mavi yanacaq veriləcək

Abşeron rayonunun Qobu qəsəbəsi Yeni massiv kimi tanınan ərazidə mavi qazın verilməməsi sakinləri ciddi narahat edir.

Payız fəslinin özünü yetirdiyi bir vaxtda burda yaşayanlar problemin həlli üçün tələsir. Çünki payız özü ilə soyuq,qış isə özü ilə qar gətirəcək. Sakinlərin dediklərinə görə qəsəbənin girəcəyində ana qaz xətti var, lakin bu məhəlləyə qazın çəkilməsi hələ də yubanır.

Yeni massivin köhnə problemindən Azəriqaz İstehsalat Birliyində də xəbərdardırlar.

Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərovun sözlərinə görə Qobu qəsəbəsində hələki layihələndirmə işləri gedir.

Sakinlərə bu yerdə gözləmək qalır. Çünki dayanıqlı və fasiləsiz yanacaqla təmin olunmaq üçün texniki imkanların olması vacib şərtdir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə