Nazir müavini: Yeni subsidiya mexanizminin formalaşdırılması ilə bağlı işlər aparılır

Nazir müavini: Yeni subsidiya mexanizminin formalaşdırılması ilə bağlı işlər aparılır

“Prezident İlham Əliyevin Fərmanı ilə 2020-ci ildən yeni subsidiya mexanizmi həyata keçiriləcək. Hazırda həmin sistemin formalaşdırılması ilə bağlı işlər aparılır”. 

REAL APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib. Onun sözlərinə görə, elektron kənd təsərrüfatı informasiya sisteminin tərkibində subsidiya informasiya sistemi vasitəsilə bütün növ subsidiyalar tətbiq ediləcək: “Yeni qaydalara əsasən, 6 subsidiya növü var. Vətəndaşlar həmin subsidiya vasitələrini bilavasitə elektron sistemə müraciət etməklə və sənədlərini bir dəfə sistemə daxil etməklə hər il ala biləcəklər”. 

Qeyd edək ki, Prezident İlham Əliyev 27 iyun tarixində “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərman imzalayıb. Bu fərman subsidiyaların fermerlərə vahid mexanizm vasitəsilə çatdırılmasını nəzərdə tutur. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə