Peşə təhsili müəssisələrinə sənəd qəbulu bu gün başa çatır

Peşə təhsili müəssisələrinə sənəd qəbulu bu gün başa çatır

Bu gün 2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu başa çatır.

Bu barədə REAL-a Təhsil Nazirliyindən bildirilib.

Artıq 10 768 nəfərin müraciəti qeydə alınıb. Müraciət edənlər əsasən aşpaz, dərzi, aqroservis mütəxəssisi, heyvandarlıq mütəxəssisi və kompüter operatoru ixtisaslarına üstünlük veriblər.

Peşə təhsili müəssisələrinə ərizə qəbulu “ASAN xidmət” mərkəzlərində təşkil edilir. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə vətəndaşlara müvafiq peşə təhsili müəssisələrində elektron qaydada qeydiyyat üçün şərait yaradılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə