Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Avqustun 20-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0104008740 ISIN-li, 30 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

REAL xəbər verir ki, BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı 10 investor tərəfindən qiyməti intervalı 92.6302 manat (8%) və 94.3866 manat (5,98%) olan 21 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.9281 manat (6,5%), orta ölçülmüş qiyməti 93.9844 manat (6,43 %) müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 94 869 400.00 manat yerləşdirilən həcmi isə 30 mln. manat təşkil edib.

Hərrac iştirakçıları 21 avqust 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə