Qubada 10 yaşlı uşaq dəm qazından boğularaq ölüb

Qubada 10 yaşlı uşaq dəm qazından boğularaq ölüb

Quba rayonunda bədbəxt hadisə baş verib. 

REAL-ın APA-ya istinadən şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xanəgah kəndində qeydə alınıb.

Babasıgilə qonaq gələn 2010-cu il təvəllüdlü, Bakı şəhər sakini Cəfərov  Rəsul Ramiz oğlu hamamda çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər