“ASAN xidmət“də əcnəbi könüllülər - VİDEO

“ASAN xidmət“də əcnəbi könüllülər - VİDEO
Könüllülər iki gündür fəaliyyətə başlayıb

“ASAN xidmət” mərkəzlərində əcnəbi könüllülər fəaliyyətə başlayıb. Könüllülər Türkiyə, Nigeriya, Maldiv, Liberiya, Əfqanıstan və Gürcüstandadırlar.

Onlar proqram çərçivəsində ekoloji istiqamətdə müxtəlif təlim, layihə və eksursiyalarda iştirak edəcək, Azərbaycanın görməli yerləri ilə tanış olacaqlar.

Layihə ASAN xidmət, ASAN könüllülük məktəbinin Yaşıl Asan proqramı, Gənclər və İdman Nazirliyinin birgə reallaşdırığı “Qlobal Siyasi müzakirələrdə gənclərin fəal iştirakını təmin etmək üçün yeni əsasların yaradılması” layihəsi və dayanıqlı inkişaf məqsədləri üzrə Gənc səfirlər təşəbbüsünün birgə dəstəyi ilə həyata keçirilir. 

Azərbaycana gələn əcnəbi könüllülər iki gündür ki, ASAN xidmətdə könüllü kimi vətəndaşlara xidmət göstərirlər.

30 avqustadək davam edəcək layihənin əsas məqsədləri ölkəmizdə ekoloji istiqamətdə həyata keçirilən layihələrin , könüllülük fəaliyyətinin tanıdılması, iqlim dəyişikliyinə qarşı mbarizəyə diqqətin cəlb edilməsidir.

Həmçinin bu istiqamətdə beynəlxalq tərəfdaşlıqların qurulması və ekoloji layihələrin təşkili, gənclər tərəfindən ekoloji problemlərin həllində iştirakçılığın artırılması əsas hədəflərdir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə