ABŞ təzyiqləri artırır - VİDEO

 ABŞ təzyiqləri artırır - VİDEO
İran ABŞ ilə danışıqlara maraq göstərmir

Birləşmiş Ştatlar Cəbəllütariq hökumətinin daha əvvəl saxlanılmış İran tankerinin azad olunması barədə qərarını təəssüf hissi ilə qarşılayıb.

Bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.

"Belə olması təəssüf hissi doğurur", — deyə o, "Fox News"a müsahibəsində bildirib.

Pompeonun sözlərinə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu Tehranın bir tankerlə daşınan neftin satışından əldə edə biləcəyi vəsait sayəsində “öz terror kampaniyasını davam etdirmək üçün daha çox pul, rifah və daha çox ehtiyata sahib olacaq".

Xatırladaqki, iyulun əvvəlində Böyük Britaniya hərbçiləri tərəfindən Suriyaya neft aparmaqda şübhəli bilinərək saxlanılan İranın "Grace 1" gəmisi Cəbəllütariqi tərk edib.

Qeyd edəkki, Finlandiyada səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyibki,İran ABŞ ilə danışıqlarda maraqlı deyil, bunun üçün əsaslar olmalıdır.

"Biz (nüvə proqramına dair razılaşmadan - red.) imtina etmirik. Bu ideal bir razılaşma idi, çünki yaxşı bir razılaşmanın əlaməti, onun heç kimi tam qane etməməsindən ibarətdir. Müqavilə o zaman pis olacaq ki, tərəflərdən biri tamamilə razı qalsın", - deyə nazir bildirib.

Onun fikrincə, əvvəlki ABŞ hökumətinin əldə etdiyi razılaşmalara ölkənin yeni hakimiyyəti tərəfindən də əməl olunmalıdır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə