“Beşiktaş“ “Tottenhem“in futbolçusu ilə müqavilə imzalayıb

“Beşiktaş“ “Tottenhem“in futbolçusu ilə müqavilə imzalayıb

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

REAL "Report"-a istinadən xəbər verir ki, "ağ-qaralar" İngiltərə "Tottenhem"inin yarımmüdafiəçisi Jorj-Kevin Nkudunu heyətinə qatıb. Kamerun əsilli 24 yaşlı fransalı oyunçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Nkudu karyerası ərzində Fransanın "Marsel", "Monako" və "Nant", eləcə də İngiltərənin "Bernli" komandasının formasını geyinib. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər